Çinli milyarder iqtisadi qüdrətini itirməkdədir – Sərvəti azalır

25.12.2020,13:59


25 dekabr, Fineko/abc.az. “Alibaba”nın qurucusu Cek Manın sərvəti getdikcə azalmaqdadır.

ABC.AZ-ın məlumatına görə, çinli milyarderin sərvətinin azalmasının səbəbi kimi şirkətə qarşı başladılan antimonopol araşdırma göstərilir.

Belə ki, şirkətin səhmlərinin iflasa uğraması nəticəsində C. Manın sərvəti bir gündə 3,5 milyard ABŞ dollarından çox həcmdə azalıb. Cümə axşamı hərracların sonunda Manın sərvəti təxminən 57,3 milyard ABŞ dolları dəyərində idi.

Müəllif: Elmir Murad