Aztelekom böyük zərər edib – 2 milyon manata yaxın

12:22 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. Dövlətə məxsus rabitə operatoru “Aztelekom” MMC 2019-cu ili 1 milyon 874 min manat xalis zərər ilə başa vurub.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 9 dəfə azdır. Belə ki, dövlət şirkəti 2018-ci ili 16 milyon 884 min manat xalis zərər ilə başa vurmuşdu.

2018-ci ildə 78 milyon 237 min manat olmuş satışdan gəlirlər 2019-cu ildə 84 milyon 364 min manata yüksəlib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər