GUAM üzvləri iclas keçirdi - 4 qətnamə qəbul olundu

17:33 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. Bu gün Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Xarici İşlər Nazirləri Şurasının növbəti 36-cı iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçən iclasda Gürcüstan xarici işlər naziri David Zalkaliani, Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy və Ukrayna xarici işlər nazirinin müavini Vasil Bodnar iştirak ediblər. İclasda 2020-ci il ərzində GUAM çərçivəsində əməkdaşlığın qiymətləndirilməsi, gələcək illər üçün təklif və tövsiyələr müzakirə olunub.

İclasın yekununda hazırki iclasın Protokolu və 4 qərar (sahəvi işçi qruplarına əlaqələndirici ölkələrin təsdiqi; kommunikasiya strategiyası və bəyanat və bəyannamələrin hazırlanma qaydaları; 2021-ci il üçün büdcənin təsdiqi; sədrliyin Gürcüstana təhvil verilməsi) qəbul olunub.

 

Bütün xəbərlər