Mərkəzi Bank depozit hərracında 200 milyon manat cəlb etməyi planlaşdırır

22.02.2018,15:42


22 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 26-da depozit hərracı keçirəcək.

AMB-dan verilən məlumat əsasında, fevralın 26-da növbəti depozit hərracı keçiriləcək. Hərrac vasitəsi ilə 200 milyon manatın 14 gün müddətinə cəlb edilməsi planlaşdırılır.

Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi 8,01%-12,99% arasında müəyyən edilib.

 

Açar sözlər: depozit hərracı