Neft ABŞ-da ehtiyatların azalması barədə məlumatlar fonunda bahalaşır, Brent barrel başına $51,26

09:47 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. ABŞ Neft İnstitutunun (API) ötən həftə ABŞ-da ehtiyatların azaldılması barədə məlumatları dərc etdikdən sonra, neft qiymətləri çərşənbə günü artmaqdadır.

API-nin məlumatına görə, ölkədə neft ehtiyatları 4,79 milyon barrelə düşüb.

Çərşənbə günü ABŞ-ın Energetika Nazirliyi ötən həftə ölkədə enerji daşıyıcılarının ehtiyatlarına dair rəsmi məruzəni dərc edəcək. Bloomberg xəbər verir ki, ekspertlər orta hesabla 3,1 milyon barel ehtiyatının azalacağını proqnozlaşdırırlar.

Saat 9:22-də, London ICE Futures birjasında keçirilən ticarətdə, Brent-in qiyməti bir barel üçün $0,17 (0,33%), $51,26 səviyyəsinə yüksəldi. Dekabrın 29-da keçirilən ticarətin nəticələrinə görə, Brentin fevral ayına olan fyuçers qiyməti $0,23 (0,45%) - bir barelə $51,09-a yüksəldi.

Saat 9:22-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçersi $0,25 (0,52%) – bir barel üçün $48,25 səviyyəsinə yüksəldi. Dekabrın 29-da keçirilən hərracların nəticələrinə görə, WTI-nin fevral ayına olan fyuçersi $0,38 (0,80%) – bir barelə $48-ə yüksəldi.

 

Bütün xəbərlər