35 zabitimiz artıq Azərbaycana gedib – Hulusi Akar

10:29 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. Türkiyə Ordusunun 35 zabitdən ibarət heyəti daha əvvəl qərara alındığı kimi artıq Azərbaycana gedib.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi müşavirə zamanı bildirib.

O qeyd edib ki, heyət Azərbaycana gedib və orada hazır vəziyyətdədir: "Birgə mərkəzin inşasının başa çatması və fəaliyyətə başlamasından sonra biri general olmaqla 35 zabitimiz dərhal vəzifənin icrasına başlayacaq. Həmçinin işğaldan azad edilən ərazilərdə mina və digər partladıcı qurğuların zərərsizləşdirilməsi istiqamətində türkiyəli hərbçilər işlərə cəlb olunub".

 

Bütün xəbərlər