Yanvarda Azərbaycana turist axını 16,4% artıb

16:43 - 22.02.2018


22 fevral, Fineko/abc.az. Yanvar ayında Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min vətəndaş səfər edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, xarici vətəndaşların artımı, keçən ilin analoji dövrü ilə müqayisədə 16,4% təşkil edib.

“Gələnlərin əksəriyyəti və yaxud 30,7%-i Rusiya Federasiyası, 24,5%-i Gürcüstan, 13%-i Türkiyə, 7,2%-i İran, 4,4%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,2%-i Ukrayna, 1,7%-i İraq, 16,2%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər təşkil edib”, - Komitədən belə deyildi.

 

 

Bütün xəbərlər