Bakı metrosunun maşinistlərinə kabinalarda siqaret çəkməyi qadağan etdilər

16:55 - 22.02.2018


22 fevral, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılmasına nəzarəti gücləndirdi.

Bakı Metropolitenindən alınan məlumata görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun icrası çərçivəsində, inzibati binalarda, "Nərimanov" elektrik deposu ərazisində və tikinti obyektlərində tütün məmulatlarından istifadə qadağan olunub.

“Tütün məhsullarından yalnız bunun üçün xüsusi ayrılmış yerlərdə istifadə etməyə icazə verilir. Metropoliten  stansiyalarında və keçidlərdə, tunellərdə, eskalatorların maşın zallarında və maşinist kabinasında da tütün məmulatlarından istifadə qəti qadağan edilib”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər