330x110
 

Ərdoğan: "Azərbaycan Ordusu 44 gündə dastan sayılacaq qələbə qazandı"

31.12.2020,11:41


 31 dekabr, Fineko/abc.az.  “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 gündə dastan sayılacaq qələbə qazandınız. Azərbaycan Ordusunu Dağlıq Qarabağvə digər işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi uğrunda mübarizədə qazandıqları qələbəyə görə təbrik edirəm".

ABC.AZ  report-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərə xitabında deyib.

 

“Bu qələbə bizi azərbaycanlı qardaşlarımız qədər sevindirdi və qürurlandırdı. Qardaş Azərbaycan Qafqaz İslam Ordusunu dualar və sevinc göz yaşları ilə qarşıladığı kimi, Türk Silahlı Qüvvələrini də dekabrın 10-da eyni həyəcanla qarşıladı”, - o bildirib.

Ərdoğan Vətən müharibəsi şəhidlərinə Allahdan rəhmət diləyərək Bakının 102 il əvvəl işğaldan azad edilməsində əldə olunan birliyi və həmrəyliyi xatırladıb.