330x110
 

Buğda istehsalı ilbəil artacaq – Proqnoz

05.01.2021,11:29


5 yanvar, Fineko/abc.az. Bu il Azərbaycanda istehsal olunacaq buğdanın həcmi barədə proqnoz açıqlanıb.

ABC.AZ "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə istinadən xəbər verir ki, bu il 2 105,6 min ton buğdanın istehsal olunacağı proqnozlaşdırılır.

Qeyd edilir ki, bu göstəricinin gələn il 0,2% artaraq 2 110,5 min tona çatacağı, 2023-cü ildə isə daha 0,1% artaraq 2 112,5 min tona bərabər olacağı gözlənilir. 2024-cü ilə gəldikdə, buğda istehsalının 0,1% artaraq 2 114,2 min ton təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, 2021-2024-cü illərdə istehsalın orta artımı 0,1%-ə bərabər olacaq.