Tibb işçilərinə əlavələr ödənib – 1,5 mln manat məbləğində

14:02 - 5.01.2021


5 yanvar, Fineko/abc.az. “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin dekabr ayı üçün əmək haqlarına müddətli əlavələr ödənilib.

Bu barədə ABC.AZ-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 1 650 tibb işçisinə 1,5 mln manat məbləğində müddətli əlavə ödənilib.

Həmin işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq verilib.

 

Bütün xəbərlər