İlham Əliyevlə Paşinyanın görüşü ola bilər – Moskvada

14:49 - 5.01.2021


5 yanvar, Fineko/abc.az. Yaxın günlərdə Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilə bilər.

ABC.AZ xəbər verir ki, bu barədə “İnterfaks” diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin Rusiyada üçtərəfli görüşü planlaşdırılır”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, sammit yeni il tətilindən sonra baş tuta bilər. Ehtimal olunan tarixlərdən biri 11 yanvardır.

Məlumatla bağlı hələ ki, rəsmi təsdiqlənmə yoxdur.

 

Bütün xəbərlər