Füzuli-Şuşa avtomobil yolunda işlər davam edir – Uzunluğu 101 km olacaq

15:02 - 5.01.2021


5 yanvar, Fineko/abc.az. Füzuli-Şuşa yeni avtomobil yolunun qısa müddət ərzində müvəqqəti olaraq 2 hərəkət zolaqlı və çınqıl örtüklü olmaqla yeni yolun inşa edilərək istifadəyə verilməsi planlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir. Yeni avtomobil yolunun ümumi eni isə 37.7 m təşkil edəcək.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Ehtiyyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olacaq.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Avtomobil yolu sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər