330x110
 

Mərkəzi Bank 2 şirkəti sığortaçı seçdi – Müqavilə imzalandı

06.01.2021,10:14


6 yanvar, Fineko/abc.az. Mərkəzi Bank əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortası ilə bağlı elan etdiyi açıq tenderi yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, tenderdə əsas vəsaitlərin, nağd pulun sığortası üzrə “Paşa Sığorta” ASC, nəqliyyat vasitələrinin sığortası üzrə isə “Ata Sığorta” ASC qalib elan edilib.

Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanıb.

Müəllif: Elmir Murad