Bu şirkət növbədənkənar yığıncaq keçirəcək – Səhmdarlar toplaşır

11:38 - 6.01.2021


6 yanvar, Fineko/abc.az. “GÜLAY” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, ümumi yığıncaq fevralın 8-i saat 10.00-da, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 nömrəli ünvanda inzibati binada olacaq.

Ümumi yığıncaqda “GÜLAY” ASC-nin ayrılma qaydasında yenidən təşkili, “GÜLAY” ASC-nin ayrılma qaydasında yenidən təşkili ilə bağlı digər təşkilati məsələlərin müzakirəsi daxildir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər