Gürcüstanda 20 nəfər öldü – Yoluxanlar yenə artdı

11:57 - 6.01.2021


6 yanvar, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 1 800 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 20 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2666 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 489 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 233.879 nəfərə çatıb.

Onlardan 223.276 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər