“ASK Ayaqqabı Fabriki” MMC böyük zərərlə üz-üzə - Şirkət ziyandadır

12:16 - 6.01.2021


6 yanvar, Fineko/abc.az. "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “ASK Ayaqqabı Fabriki” MMC 2019-cu ili 75 min manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 162 min manat zərərlə çıxmışdı.

ABC.AZ Report-a istinadən xəbər verir ki, 2019-cu ildə “ASK Ayaqqabı Fabriki”nin satış hesabına əsas əməliyyat gəlirləri 3 milyon 423 min manat (2018-ci ildə olmayıb), satışının maya dəyəri 2 milyon 756 min manat, inzibati xərcləri 528 min manat (2018-ci ilə nisbətən 2,9 dəfə çox), maliyyə zərəri 1 min manat (2018-ci ildə olmayıb), fövqəladə zərəri 279 min manat (2018-ci ildə olmayıb), mənfəət vergisi ödəmələri isə 63 min manat təşkil edib.

2020-ci il yanvarın 1-nə “ASK Ayaqqabı Fabriki”nin aktivləri 10,654 milyon manat olub ki, bu da illik müqayisədə 9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,8 dəfə azalaraq 45 min manata düşüb, balans kapitalı isə 11% artaraq 10 milyon 608 min manata, o cümlədən nizamnamə kapitalı 11,6% artaraq 10 milyon 846 min manata çatıb.

 

Bütün xəbərlər