Naxçıvanın enerji təminatı yaxşılaşdırılır – Ərdoğandan qərar

15:24 - 6.01.2021


6 yanvar, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi barədə qərar verib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi Qəzeti”ndə dərc edilib.

Qeyd edək ki, Anlaşma Memorandumuna əsasən, qərar Naxçıvanın təbii qazla təminatı üçün hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir.

Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.

 

Bütün xəbərlər