330x110
 

Rusiya telekanallarının Ermənistanda yayımı dayandırıldı

06.01.2021,15:36


6 yanvar, Fineko/abc.az. Ermənistanda bəzi Rusiya telekanalının yayımı dayandırılıb.

ABC.AZ-ın məlumatına görə, bununla bağlı ötən il Ermənistan Prezidenti Armen Sarkisyan qanun imzalayıb.

Sözügedən qanuna əsasən, ölkədə bir neçə Rusiya telekanılının açıq yayımı dayandırılıb. Beş xarici kanaldan dördünün Rusiya telekanalı olduğu bildirilir.

Ermənistanda yalnız “RTR-Planeta” Ermənistan daxilində, “Kultura” və “Perviy Kanal” telekanalları yayımlarına davam edəcək.