Azad olunmuş bu qəsəbədə sənaye parkı yaradılacaq

16:00 - 6.01.2021


6 yanvar, Fineko/abc.az. Suqovuşan qəsəbəsində sənaye parkının yaradılması nəzərdə tutulur.

ABC.AZ-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, bütövlükdə işğaldan azad edilən ərazilərimizin böyük sənaye potensialı var.

“Sənaye potensialının reallaşdırılması üçün xüsusi təşviqedici zonaların yaradılması məqsədəuyğundur. Suqovuşan ətraf rayonlar, eləcə də ölkəmiz üçün böyük əhəmiyyətə malik ərazidir. Burada sənaye parkının yaradılması investisiyanın cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu baxımdan sənaye parkının yaradılması Suqovuşan və ətraf rayonlara sərmayə cəlbinə imkan verəcək” deyə V.Bayramov qeyd edib.

Deputat deyib ki, ümumilikdə sənaye parkları üçün xüsusi zonaların yaradılması Yuxarı Qarabağa daha çox sərmayənin cəlbinə imkan yaradacaq.

 

Bütün xəbərlər