ABŞ-da toqquşma – 4 nəfər öldü

11:50 - 7.01.2021


7 yanvar, Fineko/abc.az. Gecə saatlarında ABŞ-da Konqresin binasında atışma olub.

ABC.AZ xəbər verir ki, açılan atəş nəticəsində 1 qadın yaralanıb.

Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Daha sonra bu Vaşinqtonda kütləvi aksiyalara çevrilib.

Keçirilən etiraz aksiyalarda toqquşmalar zamanı 3 nəfər ölüb. Aksiyalarla əlaqədar 52 nəfər saxlanılıb. Onlar qanunsuz silah daşıma və komendant saatı rejimini pozmaqda günahlandırılır.

Qeyd edək ki, dünən Prezident Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar. Təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub.

 

Bütün xəbərlər