330x110
 

Qiymət artımı dizel mühərrikli maşınlara tələbatı azaldacaq – Ekspert

07.01.2021,14:19


7 yanvar, Fineko/abc.az. Azərbaycanda benzin və dizel yanacağının qiymətinin artımından sonra ölkədə bahalaşma xofu yaradıb. Belə ki, cəmiyyət arasında belə bir ehtimal var ki, benzinin bahalaşması ərzaq və digər məhsulların da qiymətinə təsirsiz ötüşməyəcək. Bəs görəsən bu avtomobil bazarına necə təsir edəcək? Bu sualı ekspert Eldəniz Cəfərə ünvanladıq.

Ekspert ABC.AZ-a açıqlamasında bildirdi ki, benizin və dizel yanacağının qiymətinin yüksəlməsi digər sahələrə təsir etməməlidir.

Lakin əvvəlki dövrlərdə belə spekulyasiyalar olub.

E.Cəfər bəzi sahibkarların yanacağın qiymətinin yüksəlməsini bəhanə edib qiyməti yüksəltdiklərini bildirdi: "Bu gün artıq belə süni qiymət artımlarının qarşısı alınır. Həm dövlət qurumları, həm də ictimaiyyət özü bu məsələni nəzarətdə saxlamalıdır. Hökumət artıq bəzi vacib sahələrə yardımlar edəcəyini bəyan edib. Benzinin bahalaşması Azərbaycanın avtomobil bazarına seqmentasiyada öz əksini tapacaq. Yəni dizel mühərriki ilə çalışan maşınlara tələbat azalacaq. Daha az benzin sərfiyatlı maşınlara üstünlük veriləcək. Həmçinin hibrid avtomobillərə tələbat artacaq. Və artıq elektromonbillərə maraq çoxalacaq. Ümumiləkdə avtomobil bazarının vəziyyəti ilə bağlı bütün dünyada istehsal və bazar özü kiçilib. Lakin optimist proqnozlar da ondan ibarətdir ki, yeni spesifikasiyalı maşınların istehsalı bazarı yenidən dirçəldəcək. İstehsalçılar artıq kiçik həcmli mühərrikli, ekoloji təmiz, gömrük və vergi rüsumlarına davamlı modellərin istehsalına başlayıb. 2021-ci il avtomobil sənayesində dönüş ili olacaq. Bu il ənınəvi maşın istehsalı industriyası yeni dövrə qədəm qoyacaq".

Müəllif: Elmir Murad