Elon Mask dünyanın ən zəngin adamı oldu

10:27 - 8.01.2021


8 yanvar, Fineko/abc.az. Dünyadakı zənginlərin siyahısı yenilənib.

ABC.AZ-ın məlumatına görə, Tesla Inc. və SpaceX şirkətlərinin sahibi Elon Mask hazırda planetdəki ən zəngin adam hesab olunur.

Belə ki, Tesla şirkətinin səhmlərinin 4,8% bahalaşması, Musk-ın, Amazon.com şirkətinin sahibi Ceff Bezosu Bloomberg Milyarderlər İndeksində keçməsinə gətirib çıxarıb.

Hazırda E.Maskın  sərvəti 188,5 milyard dollara yüksəlib və Bezosun sərvətini 1,5 milyard dollar üstələyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər