Azərbaycan qazı Yunanıstana çatdı

10:49 - 8.01.2021


8 yanvar, Fineko/abc.az. Xəzər dənizin Azərbaycan sektorundan hasil edilən və Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya nəql edilən Azərbaycan təbii qazı artıq Yunanıstan istehlakçılarına çatdırılıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, artıq ilk Azərbaycan qazının Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DEPA ilə Yunanıstan istehlakçılarına ötürülməsi uğurla həyata keçirilib.

Bildirilir ki, TAP layihəsinin reallaşdırılması və DEPA ilə müqavilənin bağlanması sayəsində Yunanıstan özünün Cənubi Qaz Dəhlizinə qoşulması və Avropanın təbii qaz mənbələri və marşrutlarının şaxələndirilməsinin gücləndirilməsi üçün Avropa İttifaqının strateji layihəsindəki iştirakını möhkəmləndirib.

 

Bütün xəbərlər