Avtobus parkını yeniləməyən daşıyıcılar kənarlaşdırılacaq – Vüsal Kərimli

12:02 - 8.01.2021


8 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.

ABC.AZ-ın məlumatına görə, görüşdə BNA-nın kı İdarə Heyətinin sədri Vüsal Kərimli qeyd edib ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər.

"Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də “BakıKart”a keçid prosesini gecikdirmək məqsədilə süni narazılıqlar və problemlər yaradırlar. Bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək" deyə V. Kərimli bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər