Şəhid ailələri və qazilərə “YAŞAT kart” veriləcək – Ülvi Mehdiyev

14:40 - 8.01.2021


8 yanvar, Fineko/abc.az. “YAŞAT kart”la bağlı layihə üzərində iş gedir”.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, şəhid və qazi ailələrinə “YAŞAT kart” veriləcək:

“Bu kart ictimai iaşə obyektlərində, hotellərdə, nəqliyyatda və digər yerlərdə istifadə oluna biləcək. Həmin kart vasitəsilə müəyyən güzəştlər tətbiq olunacaq. Bu kart ailənin statusunu müəyyən edəcək kart olacaq”.

 

Bütün xəbərlər