Yoluxanlar yenə azaldı – Statistika

08.01.2021,16:55


8 yanvar, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, 1879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 24 nəfər “COVID-19”dan vəfat edib.