Vaksinlər koronavirusun yeni növünə qarşı da təsirli olacaq

17:13 - 8.01.2021


8 yanvar, Fineko/abc.az. “Biontech/Pfizer” peyvəndi koronavirusun mutasiyaya uğramış yeni növünə qarşı təsirli olacaq.

ABC.AZ xəbər verir ki, “Pfizer” rəsmisi bu barədə Texas Universitetinin apardığı  laborotoriya testlərindən sonra açıqlama verib.

20 nəfərdən götürülən qan nümunləri ilə aparılan testlərdə virusa qarşı istehsal olunan antikorların yeni mutasiyanı təsirsiz hala gətirdiyi təsbit edilib.

 

Bütün xəbərlər