Gürcüstanda yoluxanların da, ölənlərin də sayı azaldı

11:51 - 11.01.2021


11 yanvar, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 551 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 23 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2796 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 880 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 239.780 nəfərə çatıb.

Onlardan 226.215 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər