330x110
 

On bir ayda Bakıdakı tikinti işlərinin göstəriciləri – Siyahı

11.01.2021,12:05


11 yanvar, Fineko/abc.az. Ötən ilin yanvar-noyabr aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş işlərin faizlə hesabatı məlum olub.

Bakı Şəhər Statistika İdarəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə Bakıda inşaat işlərinin 65,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,5 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 22,1 faizini isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 87,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Müəllif: Elmir Murad