Putin Qarabağda bundan sonrakı prosesdən danışdı

15:48 - 11.01.2021


11 yanvar, Fineko/abc.az. “Qarabağla bağlı üçtərəfli razılaşma ardıcıl olaraq həyata keçirilir”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

Rusiya prezidenti Rusiyanın Bakı və İrəvanla tərəfdaşlığı və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirdiyini söyləyib.

O, Qarabağda uzun müddətdir davam edən münaqişənin hərtərəfli həlli üçün ilkin şərtlərin yaradıldığını qeyd edib.

“Bu gün Qarabağda sülhməramlılar, sərhəd xəttinin müəyyənləşdirilməsi kimi nizamlama üzrə növbəti addımları müəyyənləşdirmək lazımdır”, - o deyib.

 

Bütün xəbərlər