Azərbaycan və Ermənistanın Təhlükəsizlik Xidmətlərinin rəhbərləri görüşüb

16:42 - 11.01.2021


11 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında 2021-ci il yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində neytral ərazidə və yanvarın 10-da isə Ermənistanın Sünik vilayətinə aid həmsərhəd Vorotan və Şurnux yaşayış məntəqələrində görüşlər keçirilib.

ABC.AZ DTX-nin saytına istinadən xəbər verir ki, görüşlərdə dövlət sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

 

Bütün xəbərlər