330x100
 

Ceyhun Bayramov Pakistana gedəcək

11.01.2021,16:52


11 yanvar, Fineko/abc.az. Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedəcək.

XİN-dən ABC.AZ-a daxil olan məlumata görə, səfər çərçivəsində 13 yanvar tarixində Azərbaycan, Türkiyə və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

14 yanvar tarixində isə C.Bayramov Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.