ICESCO-nun nümayəndə heyəti azad olunmuş ərazilərə gedib

11:39 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. ICESCO Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

ABC.AZ xəbər verir ki, səfər zamanı nümayənfə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olacaq.

Səfərə ilk Füzuli rayonundan başlanılıb. Nümayəndə heyətini Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Oqtay Qurbanov, ölkəmizin ICESCO üzrə milli komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin administrasiya rəhbəri Vasif Eyvazzadə və xarici ölkələr üzrə əməkdaşlıq şöbəsinin müdiri İsa Məmmədov müşayiət edirlər.

 

Bütün xəbərlər