Smartfon satışlarında tarixdə ilk dəfə olaraq azalma qeyd edilir

23.02.2018,17:35


23 fevral, Fineko/abc.az. Smartfon bazarında tarixdə ilk dəfə azalma müşahidə olunur.

3DNews.ru” saytı, “Gartner” analitiklərinə istinad edərək xəbər verir ki, 2017-ci ilin dördüncü rübündə ümumilikdə 408 milyon smartfon satılıb ki, bu da əvvəlki il ilə müqayisədə 5,6% azdır.

“Əvvələr  bazar həmişə artmışdır, ən azından, artım, “Gartner”in onu 2004-cü ildən müşahidə etdiyi dövrdən etibarən qeyd edilmişdir”, -  “3DNews.ru” satyının məlumatında belə deyilir.

“Gartner”in tədqiqat müdiri Anşul Qupta (Anshul Gupta) smartfonların satışı ilə bağlı iki əsas səbəbi qeyd edib. Ekspertin sözlərinə görə, birincisi, ənənəvi düyməli telefon istifadəçiləri ultra-ucuz, lakin yüksək keyfiyyətli qurğuların olmaması səbəbindən smartfonlara nadir hallarda keçirdilər, buna görə də, bu insanların əksəriyyəti samballı əməliyyat sistemi olmayan daha qabaqcıl "daylerlər" almaq istəyir.

İkinci mənfi amil bundan ibarətdir ki, smartfon sahibləri mobil telefonlarını yeniləməyə tələsmirlər və daha yüksək səviyyəli modellərin buraxılışını  gözləyirlər. Yeni telefonda insanlar köhnə cihazda olmayan əsl yeni imkanlar görmək istəyirlər, lakin texnologiyalarda belə sıçrayış  hələ baş vermir.

“Gartner”in məlumatına əsasən, “Samsung”, 2017-ci ilin son üç ayının yekunu üzrə,  18,2% həcmində payı ilə, dünyada smartfon bazarının lideridir. Liderlər üçlüyünə həmçinin, “Apple” (17,9%) və “Huawei” (10,8%) daxil olub. İstehsalçılar arasında qüvvələrin sıralanması haqqında daha ətraflı məlumatları cədvəldən öyrənə bilərsiniz.

 

 

Açar sözlər: Smartfon