WhatsApp rəhbərliyi iddialara son qoydu – Yazışmalar paylaşılmır

14:54 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. "WhatsApp" ətrafında yaranmış iddialara son qoyan açıqlama verilib.

ABC.AZ-ın məlumatına görə, "WhatsApp" messencerinin rəhbərliyi yeni məxfilik siyasətinin bu xidmətə sahib olan "Facebook" şirkətinin istifadəçilərinin yazışmalarına və əlaqə siyahılarına daxil olmasına icazə vermədiyini açıqlayıb.

Belə ki, şirkət rəhbərliyi "WhatsApp" və "Facebook" istifadəçilərin şəxsi mesajlarını görmür və zəngləri dinləmir.

"WhatsApp" əlaqə siyahınızı "Facebook" ilə paylaşmır. "WhatsApp"dakı qrup söhbətləri gizli qalır", - deyə məlumatda deyilir.

 

Bütün xəbərlər