Regionda kommunikasiyaların açılması ixracımızı 1,2 milyard manat artıra bilər - Vüsal Qasımlı

15:13 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub.

ABC.AZ xəbər verir ki, görüşdən sonra tərəflər bəyanat imzalayıb ki, orada da regionda tamamilə yeni vəziyyətin yaranması – nəqliyyat kommunikasiyaların bərpasına yönəldiyi qeyd olunub.

Regional kommunikasiyaların açılması perspektivinə münasibət bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı qeyd edib ki, Azərbaycan regionun iqtisadi arxitekturasını müəyyənləşdirən yeni reallıq yaradıb:

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində aparılan iqtisadi-riyazi hesablamalar göstərir ki, kommunikasiyaların açılması və iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi həm regiona, həm də ayrı-ayrı ölkələrə fayda gətirəcək. Məsələn, qravitasiya modelinə əsasən kommunikasiyaların açılması nəticəsində Ermənitsanın ticarət dövriyyəsində Türkiyənin payı 3 faizdən 13 faizə, Azərbaycanın payı isə ilk dövrdə minimumdan 1 faizə qədər arta bilər. Eyni zamanda regionda kommunikasiyaların açılması Azərbaycanın ixracını 1,2 milyard manat, qeyri-neft ÜDM-i 2 faiz, emal sənayesini 3 faiz və mədən sənayesini 2,7 faiz artıra bilər".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər