Bu xəttin blokadadan çıxması sərmayə cəlbi baxımından əhəmiyyətlidir

15:44 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. Qars-Naxçıvan-Meqri-Zəngilan-Bakı dəmiryolu xətti Naxçıvanın blokadadan çıxarılması, nəqliyyat xərclərinin azalması, ətraf mühitə təsirlərin azaldılması, xarici ticarət imkanlarının artması, turizmin və sərnişin dövriyyəsinin yüksəlməsi və regiona sərmayə cəlbi baxımından əhəmiyyətlidir.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O qeyd edib ki, faktiki olaraq Azərbaycan Aralıq dənizi hövzəsi ilə Xəzər hövzəsinin Böyük İpək yolu və Şimal-Cənub dəhlizi üzrə daha bir inteqrasiyasına rəvac verir.

"Orta Asiya və Avropa, Türkiyə və Rusiya, İran və Avropa, Türkiyə və Orta Asiya arasında yeni nəqliyyat imkanları yaranır" deyə Mərkəz rəhbəri bildirib.

 

Bütün xəbərlər