![]() |
|
![]() |
12.01.2021,16:28
12 yanvar, Fineko/abc.az. "İşğaldan azad edilmiş Qarabağ bölgəsində insanlar məskunlaşdıqdan sonra orada torpaq islahatı aparılmalıdır, aqrar sektorun inkişafı təmin edilməlidir".
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum bölgədə kənd təsərrüfatı ilə məşğul olacaq şəxslərin aqrar texnika ilə təchiz edilməsinə dair planlar hazırlayıb: "İnsanlar məskunlaşdıqca və torpağın əkilib-becərilməsi başladıqca onların kənd təsərrüfatı texnikasına, eləcə də toxum, gübrə və pestisidlərə olan ehtiyacları ödəniləcək. Həmin bölgədə vaxtilə əhali əsasən heyvandarlıqla məşğul olub. O cümlədən Kəlbəcər, Laçın və Qubadlı rayonları geniş otlaq sahələrinə malikdir. Bu da gələcəkdə ölkənin ət- süd təchizatı balansını artıracaq. Bu ərazidə ixtisaslaşmalar aparıldıqca kənd təsərrüfatının inkişafında indiyə qədər olan ənənələr nəzərə alınacaq. Heyvandarlıqla yanaşı arıçılıq da azad edilmiş ərazilərin bütün sahələri üçün spesifikdir".
Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs "Ağdam rayonu Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisi işlərinin satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb
22.01.2021,14:38
26 Fevral 2021 | 17:30
26 Fevral 2021 | 17:20
26 Fevral 2021 | 17:13
26 Fevral 2021 | 17:01
26 Fevral 2021 | 16:20
26 Fevral 2021 | 16:05
26 Fevral 2021 | 15:58
26 Fevral 2021 | 15:30
26 Fevral 2021 | 15:18
26 Fevral 2021 | 15:14
26 Fevral 2021 | 14:44
26 Fevral 2021 | 14:22
26 Fevral 2021 | 14:08
26 Fevral 2021 | 12:34
25 Fevral 2021 | 15:03
25 Fevral 2021 | 17:18
25 Fevral 2021 | 15:16
25 Fevral 2021 | 16:39
25 Fevral 2021 | 15:45
25 Fevral 2021 | 15:32
25 Fevral 2021 | 17:31
25 Fevral 2021 | 16:21
25 Fevral 2021 | 17:26