Cəbrayıl və Zəngilanda üzümçülüyü bərpa etmək böyük perspektivlər vəd edir - Firdovsi Fikrətzadə

16:40 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə azad olunan ərazilərdə kənd təsərrüfatının perspektivlərini şərh edib.

ABCAZ-ın məlumatına görə, direktor baramaçılıq sahəsinin region üçün uyğun olduğunu qeyd edib.

"SSRİ dövründə Xankəndində Şəki İpək Kombinatı kimi bir kombinat da var idi. Baramaçılıq ənənəsi bərpa edildikdən sonra ipək istehsalı üçün perspektiv yaranacaq.

Regionun pambıqçılıqla bağlı da geniş potensialı var. Ağdam və Füzuli rayonlarında pambıq əkini genişləndirilə bilər. Bu rayonların tərəvəz, o cümlədən soğan istehsalında da potensialı böyükdür. Cəbrayıl və Zəngilanda üzümçülük ənənəsi olub, onu bərpa etmək yenidən böyük perspektivlər vəd edir. Meyvəçilik isə Qarabağ regionu üçün yeni trend olacaq. Həmin ərazilərdə çox suvarma tələb etməyən, ixrac perspektivi olan nar və xurma yetişdirmək olar" deyə F.Fikrətzadə əlavə edib.

 

Bütün xəbərlər