Neft bahalaşır, Brent bir barelə $57,28 təşkil edir

10:07 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. Ötən gün neftin qiyməti qalxdıqdan sonra ABŞ-ın Neft İnstitutunun (API) ABŞ-da ehtiyatların azaldılması barədə məlumatları fonunda çərşənbə günü artmağa davam edir.

API-nin məlumatına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 5,8 milyon barel azalıb. Azalma ardıcıl olaraq üçüncü həftənin nəticələrinə əsasən qeyd olundu və oktyabr ayının sonundan etibarən maksimuma çatdı.

Saat 9:17-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent-in mart fyuçersinin qiyməti barrel başına $0,70 (1,24%), $57,28 səviyyəsinə yüksəldi. 12 yanvar tarixində keçirilən ticarətin nəticələrinə görə, mart ayına olan Brent-in fyuçersi $0,92 (1,65%) – bir barelə $56,58-a yüksəldi.

Saat 9:17-də, Nyu – York ticarət birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçersi $0,57 (1,07%) - bir barelə $53,78-ə yüksəldi. Yanvarın 12-də hərracların nəticələrinə görə, WTI-nin fevral ayına olan fyuçersi $0,96 (1,84%) – bir barelə $53,21 qədər artıb.

 

Bütün xəbərlər