Gürcüstandakı Azərbaycan zavodu fəaliyyətini dayandırdı

11:29 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı “Aqara" şəkər zavodu istehsalı yenidən dayandırıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, buna səbəb Gürcüstan hökumətinin istehsalın stimullaşdırılması üçün müəssisəyə təqdim etdiyi güzəştli müddətin ötən ilin sonunda başa çatmasıdır.

Şirkətdən bildirilib ki, hazırda istehsal rentabelli deyil və güzəştlərin müddətinin uzadılması üçün hökumətlə danışıqlar aparılır. Danışıqlar uğurla nəticələnərsə, “Aqara" şəkər istehsalını bərpa edəcək.

 

Bütün xəbərlər