Əhaliyə göstərilən ödənişli xidmətlər də azalıb – Hesabat

12:17 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin dəyəri açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ölkədə ticarət dövriyyəsi 40 mlrd 166,5 mln manat təşkil edib.

Bu, 2019-cu illə müqayisədə 1,3 % azdır.

Hesabat dövründə azalan tək ticarət dövriyysi olmayıb.

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri də kiçilib. Belə ki, bu xidmətlər 27,9 % azalaraq 6 mlrd 998,4 mln manat olub.

 

Bütün xəbərlər