330x100
 

Əli Həsənova məxsus 6 şirkət ləğv olundu

13.01.2021,14:34


13 yanvar, Fineko/abc.az. Eyni hüquqi ünvanda yerləşən daha 6 şirkət ləğv edilir.

ABC.AZ xəbər verir ki, "BAKI 24" MMC, "KASPİ AZ" MMC, "MƏTBUAT EVİ" MMC, "GOLDEN PRİNCE" MMC, "GLOBAL ADVERTİSEMENT" MMC və "KASPİ CO" MTK ləğv olunduqlarını elan ediblər.

Kreditorlar iki ay ərzində tələblərini Az1095 BAKI şəhəri, SƏBAİL rayonu, FİKRƏT ƏMİROV küçəsi, ev 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, adıçəkilən şirkətlər Prezidentin keçmiş ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ailəsinə məxsusdur.