Azərbaycanda muzdla işləyənlərin sayı artıb - 2 faizdən çox

14:44 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. 2020-ci il dekabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 684,5 min nəfər olub.

ABC Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 40,2 min nəfər və ya 2,4% artım deməkdir.

Muzdlu işçilərdən 917,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 766,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər