44 günlük müharibə regionda vəziyyəti dəyişdi – İlham Əliyev

14:59 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev bu gün ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.

ABC.AZ-ın məlumatına görə, görüşdə dövlət başçısı bir sıra vacib məqamlara toxunub.

İ.Əliyev qeyd edib ki, 44 günlük müharibə regionda vəziyyəti dəyişdi.

"Dediyim kimi, müharibə bitib, biz növbəti səhifəyə keçməliyik. Biz ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır. Bu il biz bu işlər üçün əsaslı vəsait ayırmışıq” deyə İ. Əliyev qeyd edib.

 

Bütün xəbərlər