330x100
 

Ermənilər 70 məscidi dağıdıblar - Prezident

13.01.2021,15:13


13 yanvar, Fineko/abc.az. Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa: “O da yarımçıq dağıdılmışdı, lakin sonra İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında onlar bəzi təmir işləri görməyə çalışmışdı. Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular, çünki ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar".