Daha bir kafenin gizli fəaliyyəti aşkarlandı - 8 nəfər cərimələndi

16:57 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. Salyan şəhərində "Şahmar" adlı kafenin karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərdiyi aşkar edilib.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb.

Ora baxış zamanı kafenin sahibi və daha 8 müştəri saxlanılaraq Polis Şöbəsinə gətirilib. Müştərilər və obyekt sahibi barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər.

 

Bütün xəbərlər