Erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımından 26 il keçdi

09:44 - 26.02.2018


26 fevral, Fineko/abc.az. Erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımından və Xocalının işğalından 26 il ötür.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə  erməni silahlı bölmələri,  Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə, Xocalı şəhərinə hücum etdi. Təxminən 2500 nəfər Xocalılı, Ağdam rayonuna çatmaq ümidi ilə, şəhəri tərk etdilər, lakin ermənilər dinc əhalini amansızcasına qətlə yetirdilər.

Ermənilər tərəfindən törədilən soyqırım zamanı 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər itkin düşdü, 475 nəfər əlil oldu, 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.

 

 

Bütün xəbərlər