İlham Əliyev Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdi

10:34 - 26.02.2018


26 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimində iştirak edib.

Mərasimdə  həmçinin, hökumət üzvləri, millət vəkilləri və  başqaları iştirak edirlər.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə  erməni silahlı bölmələri,  Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə, Xocalı şəhərinə hücum etdi. Təxminən 2500 nəfər Xocalılı, Ağdam rayonuna çatmaq ümidi ilə, şəhəri tərk etdilər, lakin ermənilər dinc əhalini amansızcasına qətlə yetirdilər.

Ermənilər tərəfindən törədilən soyqırım zamanı 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər itkin düşdü, 475 nəfər əlil oldu, 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.

 

Bütün xəbərlər